• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bakıda bu söhbətə görə qohumunun qanını tökdü, bıçağı dənizə atdı — Şok təfərrüat

  • 11.11.2021, 15:38, Baxış sayı:
  • 587
Bakıda bu söhbətə görə qohumunun qanını tökdü, bıçağı dənizə atdı — Şok təfərrüat
Bakıda bu söhbətə görə qohumunun qanını tökdü, bıçağı dənizə atdı — Şok təfərrüat
Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Orxan tanışı Firdovsini bıçaqlayıb.

Hadisə 2020-ci ildə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində baş verib.
Orxan həmin ünvanda tanışı Firdovsinin onun barəsində spirtli içkilərin aludəçisi olması kimi xoşagəlməz şaiələr yaymasını irad kimi bildirib.
Bu zaman Firdovsi onun iradını qəbul etməyib. Firdovsi Orxanın sinəsindən tutaraq ona əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub.
Bu vaxt Orxan özündə olan bıçaqla Firdovsinin qarın nahiyəsindən 1 dəfə vuraraq, ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Orxanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində yaşayıb: “Firdovsi həmyerlim və Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində kirayədə yaşadığı müddətdə qonşum kimi tanımışam. Aramızda yaxın dostluq, hətta uzaq qohumluq münasibətləri olub. Lakin son vaxtlar məhəllədə adını xatırlamadığım uşaqlardan Firdovsinin mənim spirtli içkilərə meyilli olmağım, özümü idarə edə bilmədiyim kimi sözlərlə uşaqların əhatəsində arxamca qeybət etdiyini eşitdim. Bu səbəbdən onunla görüşüb, bu söhbətə aydınlıq gətirmək istədim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ildə, saat 16 radələrində yaşadığı mənzilin eyvanında siqaret cəkən zaman Firdovsinin məhəllədə dayanaraq siqaret çəkdiyini görüb: “Paltarlarımı geyinərək həyətə düşdüm. Ona yaxınlaşaraq nə üçün arxamca lazımsız qeybətlər etdiyini soruşdum. Firdovsi əvvəlcə deyilənləri etiraf etməsə də, sonradan əcəb etdiyini dedi, mənə acıqlı cavab verdi. Bu səbəbdən aramızda mübahisə yarandı”.
Orxan deyib ki, mübahisə zamanı onlar bir-birinin yaxasından tutaraq qarşılıqlı olaraq çəkişiblər: “Bu zaman Firdovsi mənə təpik atdı, əli ilə itələyərək məni yerə yıxdı və ayağı ilə mənə təpik zərbəsi vurdu. Mən isə Firdovsinin hərəkətlərinin qarşısını almaq məqsədilə sağ əlim ilə əynimdəki gödəkcənin sağ cibində gəzdirdiyim bıçağı çıxardım, onun qarın nahiyəsinin sol tərəfindən 1 dəfə zərbə vurdum. Sonra oradan ayrıldım və yaşadığım mənzilə getdim. Evdə paltarlarımı dəyişərək əvvəllər yaşadığım Sabirabad şəhərinə getdim. Yolda gedərkən Firdovsiyə xəsarət yetirdiyim bıçağı dənizə atdım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, gecə saat 2 radələrində polis əməkdaşları ona zəng edib və harada olduğunu soruşublar: “Polislərə olduğum yeri deyərək ölkə ərazisində tətbiq olunan karantin qaydalarına görə Bakı şəhərinə qayıda bilməyəcəyimi bildirdim. Polis əməkdaşları məni olduğum yerdən götürərək Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə gətirdilər”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Firdovsi qeyd edib ki, Orxanı bir neçə il əvvəl Yasamal rayonu, “Sovetski” adlanan ərazidə eyni məhəllədə yaşayarkən tanıyıb: “Sonra da hər ikimiz Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinə köçdük, həmin məhəllədə də qonşu kimi yaşadıq. Orxanla yaxın dostluq, hətta uzaq qohumluq münasibətlərimiz olub. Lakin son zamanlar Orxanın spirtli içkilərə meyilli olması, kənar şəxslərlə aqressiv davranması, özünü yaxşı aparmaması səbəbindən ondan kənar gəzməyə başladım və əvvəlki münasibətlərə son qoymaq istədim”.
Zərərçəkmişin sözlərinə görə, hadisə baş verən günü saat 16 radələrində yaşadığı məhəllədə binanın həyətində dayanaraq siqaret çəkən zaman Orxan ona yaxınlaşıb və nə üçün onun arxasınca məhəllədə qeybət etdiyini soruşub: “Orxan mənimlə mübahisə etməyə və əl-qol ataraq kobud davranmağa başladı. Mən də Orxana əcəb etdiyimi deyərək onun sinəsindən əlim ilə geriyə itələdim, əlbəyaxa olaraq bir-birimizin yaxasından tutduq. Dartışarkən o, Orxana təpik atdım. Bundan sonra Orxan yerə yıxıldı. Bu zaman ona ayağım ilə bir neçə dəfə zərbə vurdum. Elə bu vaxt Orxanın əlində bıçaq olduğunu və qarnımın sol nahiyəsindən qan gəldiyini gördüm. Orxanın məni bıçaqla xəsarət yetirdiyini başa düşdüm. Bu vaxt Orxan oradan uzaqlaşaraq getdi. Mən isə sonradan adı ona məlum olan Şahid adlı qonşumun mobil telefonu ilə qardaşım Kamrana zəng etdim, onu köməyə çağırdım. Dərhal hadisə yerinə gəlmiş qardaşım Kamran və Şahid adlı qonşuma məxsus avtomobil ilə məni Respublika Kliniki Xəstəxanasına apardılar. Orada mənə tibbi yardım göstərildi”.
Orxan 3 il müddətinə azadlıqdan məhrum edilib.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter