Kürdə batan 12 yaşlı oğlanın meyiti tapılıb
- 17.07.2022, 19:53, Baxış sayı:
- 239
Facebook
Вконтакте
Одноклассники
Google+
14.07.2022-ci il tarixində Kür çayının Sabirabad rayonu, Azadkənd kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Abdullayev Əhməd Əkbər oğlunun axtarışları başa çatıb.
Bu barədə FHN-dən məlumat verilib.
Xəbərə görə, Əhməd Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.