Sabirabadda 42 yaşlı qadın iynədən şoka düşərək ölüb
- 09.07.2022, 20:43, Baxış sayı:
- 392
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb.
Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1980-ci il təvəllüdlü Tapdıqova Gülnaz Fazil qızı evdə tibb bacısı tərəfindən antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb.
42 yaşlı qadın Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
- 00:10
Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya daxil olan zaman onda həyat əlamətləri müşahidə edilməyib, nəbzi vurmayıb. Qohumları bildirib ki, G.Tapdıqova sınaq inyeksiyasından şoka düşüb.
Astma xəstəsi olan qadının həm də antibiotiklərə allergiyasının olduğu bildirilib.
Qadının meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb.
Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır.