Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır əşya düşüb
- 29.04.2021, 07:15, Baxış sayı:
- 527
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır əşya düşərək ona xəsarət yetirib.
Hadisə Sabirabad rayonunun Qaralar kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Cəfərov Nuhin Səyyub oğlunun üzərinə ağır əşyanın aşması nəticəsində daxili orqanı zədələnib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yeniyetmə qara ciyərin ciddi zədəsi diaqnozu ilə əməliyyata götürülüb. Reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
/Muganinsesi.az/