• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

AQTA Sabirabad rayonu ərazisində bir neçə iaşə müəssisəsini cərimələyib

  • 27.02.2022, 12:20, Baxış sayı:
  • 377
AQTA Sabirabad rayonu ərazisində bir neçə iaşə müəssisəsini cərimələyib
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il fevralın 8-də ölkə üzrə 366 ictimai iaşə obyektində 645 monitorinq keçirib.
AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri arasında Sabirabad rayonu ərazisindəki Xəlfəli kəndində yerləşən, fiziki şəxs Qasımov Əbdürrəhim Xəlilulla oğluna məxsus çayxana, Cavad-Bərə yolunda yerləşən, fiziki şəxs Əzizov Bəxtiyar Gülmalı oğluna məxsus kafe, Qardaşkənd kəndində yerləşən, fiziki şəxs Həsənov Xəzər Xeyrəddin oğluna məxsus kafe də vardır.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter