• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident bir daha Ermənistanı gələcəyi barədə ciddi düşünməyə çağırdı

  • 18.01.2022, 10:59, Baxış sayı:
  • 387
Prezident bir daha  Ermənistanı gələcəyi barədə ciddi düşünməyə çağırdı
Heydar YAQUBOV,

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dekabrın 11-də sərhəddə törədilən təxribatla əlaqədar Ermənistana birmənalı və sərt xəbərdarlıq etdi.
Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəza tədbirləri görüb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başlayıb. Ali Baş Komandanın da vurğuladığı kimi, onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, düşmən cəzalandırıldıqdan sonra Ali Baş Komandan müdafiə nazirinə komanda verib ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Başqa sözlə, əvvəllər də baş vermiş belə hadisələr - cinayətlər, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlarla başa çatıb. Azərbaycan isə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra yenə humanizm nümayiş etdirib. Əgər Azərbaycan Prezidenti atəşin dayandırılması göstərişini verməsəydi, sözsüz ki, onların vəziyyəti daha ağır olacaqdı. Ali Baş Komandanın vurğuladığı kimi, bir daha göstərdik ki, bizim səbrimizlə oynamasınlar.
Son təxribatla Ermənistan Azərbaycanı yenə sınağa çəkmək istəyib. Azərbaycan Prezidenti müsahibədə son təxribatın mənşəyinə də toxundu. Bildirdi ki, ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Ancaq Ali Baş Komandanın vurğuladığı kimi, əgər görsək ki, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.
Ona görə də Azərbaycan hər zaman güclü olmalıdır. Azərbaycan çalışmalıdır ki, regionda öz gücünü və qüdrətini qoruyub saxlasın. 44 günlük Vətən müharibəsi zamanı biz gördük ki, xalq-ordu və lider-Ali Baş Komandan birliyi dəmir yumruğa çevrildi. Bu dəmir yumruq düşmənin başına ağır zərbə endirdi. Bu gündən sonra da Azərbaycan xalqı, Azərbaycan Ordusu cənab Prezident İlham Əliyevin ətrafında sıx şəkildə birləşməlidir və biz bugünkündən də güclü olmalıyıq ki, həmişə regionun əsas güc sahibi olan dövləti kimi qalaq.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter