• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Statusdan sui-istifadə halların qarşısını alacaq qanunverici təşəbbüs

  • 14.12.2021, 12:22, Baxış sayı:
  • 400
Statusdan sui-istifadə halların qarşısını alacaq qanunverici təşəbbüs
Qırx dörd günlük müharibə həm də informasiya meydanında oldu. Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Prezident tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etdiyinin əsas göstəricilərindən biridir. Media sahəsində aparılan islahatlar, bu islahatların əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir.
1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır. Ona görə də “Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir.
Yeni qanun layihəsinin mühüm xüsusiyyətlərindən biri media subyektlərinin dəqiq təsnifatını verməsi, eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış etməsidir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək.
Qanun layihəsinə əsasən jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Onu da qeyd edək ki, qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir.
Qanunda yer alan digər məqam isə internet televiziyalarının lisenziya almaları barəsindədir. Belə ki, internet televeziyalarının lisenziya almaq üçün müraciət etmələri məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyaları öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Bu da bir daha Azərbaycanda azad sözə, azad mətbuata verilən yüksək dəyəri gözlər önünə sərir.
Qanun həm də jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verərək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına da şərait yaradacaq. Jurnalistikada əsas diqqət yetirilməsi gərəkən məsələlərdən hesab edilən müəlliflik hüququnun qorunması yeni qanun layihəsində xüsusi yerə malikdir. Belə ki, yeni qanun ilə media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin edilərək media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişlərini aradan qaldıracaq. Bu da öz növbəsində jurnalistləri xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafına təşviq edəcəkdir.

Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter