Sabirabadda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi açılıb
- 07.12.2021, 20:34, Baxış sayı:
- 216
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Ötən gün rayon sakini, 1990-cı il təvəllüdlü Fəyal Bayramov idarə etdiyi "QAZ-3110" markal avtomobili idarəetməni itirərək rayonun Nərimankənd ərazisinndə su kanalına aşırıb. Nəticədə özü və sərnişini 1989-cu il təvəllüdlü Cəlal Məmmədov suda boğularaq ölüb.
Fakla bağlı Sabirabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.
/Muganinsesi.az/