• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Kəlbəcərin azad edilməsi Şanlı Qələbəmizdir

  • 24.11.2021, 09:40, Baxış sayı:
  • 570
Kəlbəcərin azad edilməsi Şanlı Qələbəmizdir
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra digər respublikalar kimi Azərbaycan da öz nizami ordusunu yarada bilməmişdi. SSRİ rəhbərliyinin süni surətdə yaratdığı Qarabağ münaqişəsi nəticəsində erməni xarici havadarları hərbi qüvvələrini tez bir zamanda toplaya bildilər. Bundan başqa, 1988-ci ildə Spitaka zəlzələsindən sonra xaricdə yaşayan erməni diasporu, Ermənistana xeyli miqdarda ağır və yüngül silahlar daşıya bilmişdi. Azərbaycan bu ərəfədə siyasi böhranın məngənəsində idi. Ölkə həm xarici, həm də yerli düşmənlər tərəfindən parçalanırdı. Respublikanın siyasi elitasında kifayət qədər erməni-etnik məmurlar və xidmət edən ermənilər var idi. Mərkəzləşdirilmiş hərbi rəhbərlik demək olar ki, yox idi. 1992-ci il mayın 15-də Ermənistan silahlı qüvvələri əlverişli şəraitdən istifadə edərək, xarici havadarların siyasi və hərbi köməyi ilə Laçın və Şuşa rayonlarına nəzarəti ələ keçirdilər. Həm daxili, həm də xarici düşmənlər narazı idi. Onlar daha dəhşətli cinayətlər planlaşdırırdılar. Belə ərazilərdən biri də Kəlbəcər rayonu oldu. Çünki Kəlbəcər üç tərəfdən Ermənistanla cinahda idi. Murovdağ silsiləsi respublika ilə əlaqə saxlayan yeganə marşrut idi. Murovdağ rayon camaatı üçün “həyat yolu” idi. Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Kəlbəcər rayonunu işğal etməsi nəticəsində dinc əhali amansızlıqla təqib edilib, yerli əhali min illər boyu məskunlaşdıqları ata-baba yurdlarından didərgin salınmışdı.
Erməni hərbi birləşmələri 1993-cü il aprelin 2-də əlverişli şərait, siyasi böhran və xarici havadarların qüdrəti səbəbindən müxtəlif mövqelərdən Kəlbəcəri işğal etdilər. Rayon sakinləri müdafiəsiz, faciəli vəziyyətdə qalmışdı. Erməni faşistləri bu fəlakətdə yüzlərlə insanı qətlə yetirmiş, faciə nəticəsində başqa bölgələrin əsgərləri də öldürülüb və ya əsir götürmüşdülər. Rayon erməni faşistləri tərəfindən talan edilib, yandırılmışdı. Onlar bütün bölgədə tarixi və memarlıq abidələrini, eləcə də binaları və evləri viran qoydular. 41 mədəniyyət evi, o cümlədən bir rayon mərkəzi xəstəxanası, bir rayon mərkəzi uşaq xəstəxanası, doqquz kənd xəstəxanası, iki mineral su doldurma qurğusu, bir qızıl fabriki, bir civə zavodu dağıdılmışdı. Lakin, 2020-ci ildə Kəlbəcər, Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
Ümumilli lider Heydər Əliyev: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.

Ülviyyə Ağayeva,
4 saylı Sabirabad şəhər
uşaq bağçasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter