• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mətanətli Lider

  • 30.09.2021, 11:19, Baxış sayı:
  • 346
Mətanətli Lider
Prezident İlham Əliyevin müharibədən sonra verdiyi hər müsahibə və bəyanat bütün dünyanın siyasi gündəminin əsasını təşkil edir. Ölkə başçısının Anadolu agentliyinə verdiyi son müsahibə yenidən diqqətləri müahribənin nəticələrinə cəm etdi.
Vətən Müharibəsindən ötən bir il ərzində bölgədə baş verən hadisələrlə bağlı ünvanlanan bütün sualları Prezident İlham Əliyev çox dolğun şəkildə cavablandırır. Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində də dövlət başçısı əsas diqqəti 1 il əvvəl müharibədən öncəki vəziyyətə yönəltdi. Son müddət ərzində Ermənistanın Azərbaycana qarşı təxribatları müntəzəm xarakter almışdı. Azərbaycana qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər.Bu fikirlərdən aydın olur ki,ATƏT bu 30 il ərzində heç bir iş görməyib.Biz öz hesabımıza məsələni həll etmişik. Beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdi. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır.

Vüsal Əsgərov,
Sabirabad rayon Gənclərin İnkişaf və
Kariyera Mərkəzinin könüllüsü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter