Sabirabadda koronavirus əleyhinə vaksinasiya davam edir
- 14.09.2021, 09:18, Baxış sayı:
- 334
Facebook
Вконтакте
Одноклассники
Google+

Sabirabadda son sutkada koronavirus (COVID-19) əleyhinə 1862 vaksin vurulub.
Mərkəzi Rayon Xəstəxanasından “muganınsesi.az”a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1162, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 700 nəfərdir.
Rayonda vurulan vaksinlərin ümumi sayı 118,103, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 70.098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 48.005 təşkil edir.
/Muganinsesi.az/