Ölkədə peyvənd olunanların sayı açıqlandı
- 05.07.2021, 20:37, Baxış sayı:
- 344
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 769 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 294, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 475 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 793 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 345 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 448 162 təşkil edir.