Sabirabadda sirkə turşusu içən kişi reanimasiyaya yerləşdirilib
- 23.05.2021, 14:59, Baxış sayı:
- 538
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad sakini sirkə turşusundan zəhərlənib.
“Muganinsesi.az”ın məlumatına görə, Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1989-cu il təvəllüdlü Vahidov Tarverdi Nadim oğlu yüksək faizli sirkə essensiyası içib.
T.Vahidov qida borusunun və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun sirkə turşusunu bilərəkdən və ya səhvən içdiyi aydınlaşdırılır.