SSRİ-yə bu qəza çox baha başa gəldi — AES-lərin verdiyi qazancdan dəfələrlə baha. Hazırda Çernobıl ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Qəza zonasında insan qismən təhlükəsiz halda bir də ancaq 300 ildən sonra, tam təhlükəsiz halda isə 50 min ildən sonra yaşaya biləcək.
1986-cı ilin aprelində qəza yerinə bütün SSRİ-dən tədricən 600 mindən çox insan cəlb edildi. Qəza yerinə gedənlər arasında gənclərdən ibarət 7 min nəfərdən çox azərbaycanlı da var idi. Onlar böyük təhlükəyə baxmayaraq, Çernobıla yollanmışdılar. Çoxları elə oradaca həlak oldu, qalanları isə ömürlük əlil oldu və ya ağır xəstəliklərə tutuldu.
Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına Sabirabaddan 100 nəfərə yaxın adam səfərbər olmuşdu. Onların bir çoxları sonradan vəfat etmişdir. Bu gün rayonumuzda həmin faciənin canlı iştirakçılarından 29 nəfəri yaşayıb, işləyir.
35 il əvvəl Çernobıl AES-də tarixin ən böyük texnogen qəzası baş verib. 1986-cı ilin aprelin 26-da stansiyanın 4 saylı reaktorunda partlayış olub. Qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan ölüb. İllər ötdükcə bu rəqəm 100 mini keçib.
AES-lərin tarixi ötən əsrin ortalarından başlanır. 1954-cü ildə SSRİ-də (RSFSR-in Kaluqa vilayətinin Obninsk şəhərində) dünyanın ilk Atom Elektrik Stansiyası işə salınıb. Sonralar bu cür stansiyaların ABŞ və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erasına start verilib. Lakin 1986-cı ildə SSRİ-də baş verən dəhşətli atom qəzası bu prosesi bir qədər ləngitdi.
Çernobıl Ukraynanın Kiyev vilayətində, İvankov rayonunda, Pripyat çayı yaxınlığında yerləşən şəhər idi. Qəzaya qədər bu şəhərdə 13 min əhali yaşayırdı. 2001-ci il mənbələrində isə Çernobıl "əhalisiz şəhər" olaraq qeyd edilir.
Qəza yerinin 30 km radiusunda yaşayan 115 mindən artıq sakin evakuasiya edilib. Lakin buna baxmayaraq, şüa yarası alan on minlərlə sakin sonradan ölüb.
Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, "ölüm bulud"unun yerdə qalan hissəsini küləklər cənuba aparmışdı. Nəticədə hətta Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var idi. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıb.
Hadisə zamanı ümumilikdə 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır.
Çernobıl qəzasında əsas zərbə bütün canlı aləmə dəydi, nəinki insanlar, bitkilər və heyvanlar da güclü şüalanmadan və radioaktiv tozdan dəhşətli zərər çəkdi. Ölkə iqtisadiyyatına da böyük zərər dəydi. Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 700 minədək sovet insanı gerçək qəhrəmanlıq göstərdi. Onların hamısı və yaxın bölgələrdə yaşayan 7-8 milyon nəfər şüalanmaya məruz qalaraq ağır xəstəliklərə tutuldular.
Hadisədən sonra radioaktiv bulud bütün Avropanı bürüdü. Ukraynanın özündə, Belarusda, Rusiyada yaşayan 300 mindən artıq sakin radiasiya təhlükəsinə görə yaşadıqları ərazidən köçürüldü. Radiasiya Azərbaycana da gəlib çıxdı, hətta həmin il bəzi bostan bitkiləri yetişməmişdi. Sonrakı onilliklərdə SSRİ və Avropada yaşayan on milyonlarla insan dəhşətli xəstəliklərə tutuldu və dünyasını dəyişdi. Genetik strukturun dəyişməsinin acı nəticələri özünü sonrakı nəsildə də biruzə verdi.
35 il ötür, amma onun faciəvi nəticələri hələ də böyük bir regionun üzərində müşahidə olunur. "Greenpeace" (Yaşıl dünya) təşkilatının məlumatına görə, təkcə 1994-2000-ci ildə Çernobıl qəzasının təsiri nəticəsində güclü şüalanmadan 200 mindən çox insan dünyasını dəyişib.
SSRİ-yə bu qəza çox baha başa gəldi — AES-lərin verdiyi qazancdan dəfələrlə baha. Hazırda Çernobıl ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Qəza zonasında insan qismən təhlükəsiz halda bir də ancaq 300 ildən sonra, tam təhlükəsiz halda isə 50 min ildən sonra yaşaya biləcək.
1986-cı ilin aprelində qəza yerinə bütün SSRİ-dən tədricən 600 mindən çox insan cəlb edildi. Qəza yerinə gedənlər arasında gənclərdən ibarət 7 min nəfərdən çox azərbaycanlı da var idi. Onlar böyük təhlükəyə baxmayaraq, Çernobıla yollanmışdılar. Çoxları elə oradaca həlak oldu, qalanları isə ömürlük əlil oldu və ya ağır xəstəliklərə tutuldu.
Ən son məlumatlara görə, Azərbaycanda 4594 Çernobıl qəzasının iştirakçısı yaşayır. Hazırda onların 50-65 yaşı var. Lakin onların çoxu öz real yaşından xeyli qoca görünürlər. Onların 90 faizindən çoxu əlillik statusu alıb. Onlar 35 ildir ki, hər gün ağrılar və xəstəliklərlə mübarizə aparırlar. Azərbaycandan olan Çernobıl iştirakçılarından 2 mindən çoxu indi həyatda yoxdur.
Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına 100 nəfərə yaxın sabirabadlı da cəlb olunmuşdur. Onların bir çoxu sonradan vəfat etmişdir. Bu gün rayonumuzda həmin faciənin canlı iştirakçılarından 29 nəfəri yaşayıb, işləyir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu gün respublikamızda Çernobılda hərbi xidmət keçərək əlillik dərəcəsi alanların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilib. 1993-cü ildə qəbul edilmiş "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan şəxslərə Prezident təqaüdü verilir. Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə isə ayda sosial müavinət ödənilir.
Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da diqqətdə saxlanılır və indiyədək yüzlərlə Çernobıl əlili müharibə əlilləri və şəhid ailələri üçün inşa olunmuş binalardan mənzillə təmin ediliblər. Eyni zamanda müharibə əlilləri ilə bərabər Çernobıl əlilinə də dövlət hesabına minik avtomobili verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də hər il sanatoriya-kurort putyovkaları ilə təmin olunurlar. Həmin əlillərin tibbi-sosial reabilitasiyası, bərpa-müalicə xidməti ilə təmin edilməsi sahəsində də məqsədyönlü işlər görülür.
“Muğanın səsi”