• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bayram tədbiri keçirilmişdir

  • 31.03.2021, 08:15, Baxış sayı:
  • 366
Bayram tədbiri keçirilmişdir
Novruz bayramı-yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Tale bizə bu bayramı doğma torpaqlarımız, gözəl Qarabağımıza qovuşaraq qeyd etməyi də nəsib etdi. Artıq Doğma Qarabağımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır, Şuşada tonqallarımız qalanır, Xarıbülbül torpaqdan baş qaldırıb bizi səsləyir. Özümüzü indi tam, bayramımızı daha dərindən hiss edir, baharı daha sevinclə qarşılayırıq.
Sabirabad Regional Mə­dəniyyət İdarəsi, Sabirabad rayon Mədəniyyət Mərkəzinin və Ü.Hacıbəyli adına Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə milli adət-ənənələrimizi, Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən Novruzun gəlişinə həsr olunmuş onlayn bayram tədbiri keçirilmişdir. Nicat Əliyevin təqdimatında olan bayram proqramı Ü.Hacıbəyli adına Musiqi məktəbinin “Kür-Araz” instrumental ansamblının rəhbəri Əlabbas Paşayevin müşayiətilə “Şüştər təsnifi” ilə tədbir açıq elan olunmuşdur. Müğənnilər Şamil Ağayev, Səməd Səmədov, Daşqın Mehdiyev, Mehin Ağalarova, Zoya Qarabağlı, Sərxan Baxşıyev, saz ifaçıları Vasif Gözəlov, Yunis Şükürov və skripkaçı Şahin Şamiloğlunun iştirakı ilə bir-birindən maraqlı musiqi nömrələri səsləndirilmişdir. Novruzun rəmzi atributları olan Bahar qızının bahar ətirli xoş təbriki, Kosa və Keçəlin duzlu-məzəli zarafatları hər kəsdə gözəl bayram əhval-ruhiyyəsi yaratmışdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter