• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi”

  • 27.03.2021, 15:55, Baxış sayı:
  • 399
“Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi”
İlk növbədə erməni vandallarının Qarabağı, Şuşanı necə talan etdiklərini, xalqımızın tarixi, mədəni irsini necə dağıtdıqlarını, eyni zamanda evlərə, abidələrə, qəbirlərə, məscidlərə, meşələrə qarşı necə terror aktı törətdiklərini görürük. Lakin onlar nə qədər dağıtsalar da, talan etsələr də bu ərazilərdə Azərbaycan ruhunu məhv edə bilməyiblər.
Prezident İlham Əliyevin dediyi kimi, “Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi”.
Prezidentin Bayram müraciətində qarşıda duran hədəfləri və vəzifələri də göstərdi. Onlardan biri də Azərbaycanın, Qarabağın, Şuşanın həqiqi tarixinin təbliğ olunması məsələsidir. Bu gün bizim hər birimiz, xüsusilə tarixçilərimizin, etnoqrafçıların üzərinə böyük iş düşür. Təbliğat məsələlərində daha da aktiv olmalıyıq. Bunun üçün ixtiyarımızda tarixi faktlar var. Cənab Prezidentin bildirdiyi kimi, “erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var.” Tarix isə deyir ki, Qarabağ, Şuşa həmişə Azərbaycanın olub və olacaq.
Digər bir məqam əsl reallığın nədən ibarət olmasıdır. Əfsuslar olsun ki, bu gün ermənilərin havadarları, ermənipərəst qüvvələr hətta real hadisəni belə saxtalaşdırır. Bu həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə çox mühüm ismarışdır. Ermənilər tarixi saxtalaşdırdıqları kimi reallığı da öz mənafelərinə uyğun təhrif etməyə, dəyişməyə çalışırlar. Erməni şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərirlər.
Bu gün fərqli bir reallıq var. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Qarabağ erməni faşizmindən azad olunub. Artıq bu əraziləridə quruculuq işləri gedir. Tezliklə vətəndaşlarımız öz doğma ata-baba yurdlarına qayıdacaq.
Ərzuman Babaşov,
Şəhriyar kənd tam
orta məktəbin müəllimi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter