• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident İlham Əliyev: Hadrut əməliyyatı dünya hərb elmində xüsusi yer tutacaq

  • 16.03.2021, 13:18, Baxış sayı:
  • 363
Prezident İlham Əliyev: Hadrut əməliyyatı dünya hərb elmində xüsusi yer tutacaq
Füzuli şəhəri Hadrutdan sonra, oktyabrın 17-də azad edildi. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik.
AZƏRTAC xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsində Azərbaycan bayrağını qaldırdıqdan sonra hərbi əməliyyatların gedişi barədə danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: “Artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər”.
Prezident İlham Əliyev deyib ki, Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. “Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Hadrutun azad edilməsi Şuşa əməliyyatının uğurlu keçirilməsində önəmli rol oynayıb. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”, - deyə Prezident vurğulayıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter