• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentin anons etdiyi kadr islahatları hansı sahələrdə aparılacaq?

  • 11.01.2021, 13:15, Baxış sayı:
  • 394
Prezidentin anons etdiyi kadr islahatları hansı sahələrdə aparılacaq?
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində çıxışı zamanı deyib ki, bu il də kadr islahatları davam etdiriləcək:
“Ötən il kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi. Bu da cəmiyyətdə çox müsbət qarşılanmışdır. Biz bu kadr dəyişikliyinin müsbət nəticələrini görürük.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanıb. Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir”.
Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, ölkə Prezidentinin bütün fəaliyyəti əslində kifayət qədər ciddi araşdırmlara, praqmatizmə söykənir və həm də kompleks xarakter daşıyır:
“Bu baxımdan təbii olaraq, cəmiyyət inkişaf etdikcə, cəmiyyətin irəli sürdüyü çağırışlara uyğun olaraq, addımlar atılır. Bunun içərisində kadr islahatları xüsusi yer tutur. Bundan sonra da kadr islahatları zaman-zaman davam etdiriləcək. Yeni strukturların yaradılması, idarəçilik sisteminin təkmilləşdirilməsindən doğan, eyni zamanda müasir biliyi, novatorluğu, idarəçilik keyfiyyətləri, yüksək vətənpərvərliyi, dövlətə sədaqəti özünün mənəvi təmizliyilə seçilənlər, korrupsiya və rüşvətxorluğa barışmaz mövqedən çıxış edənlər önə çəkiləcək. Ölkə Prezidentinin kadr siyasətinin başlıca fəlsəfəsi bundan ibarətdir”.
Deputat deyib ki, Vətən müharibəsi vəzifəsindən, mövqeyindən aslı olmayaraq, hər kəs üçün bir sınaq idi:
“Kadr islahatları davam edəcək, amma mən deyə bilmərəm daha çox hansı sahələri əhatə edəcək. Təfsilat aparmaq doğru olmaz, amma ümumilikdə yerlərdə idaretmədən narazılıqlar var. Mən hər zaman cənab Prezidentin fəaliyyətini izləyən biri kimi deyə bilərəm ki, ölkə başçısı heç zaman məsələlərə kampaniya xarakterindən yanaşmır, özünün fəaliyyətində son dərəcə ölçülü-biçili, sistemli xarakter daşıyan fəaliyyətini ortaya qoyur, o cümlədən də, kadr siyasətində.
Vətən müharibəsinin özü də bir sınaq idi. İndiki zaman kəsiyi də bu sınağın davamıdır. Bu sınaqdan çıxa bilməyənlər idarəçilik sistemindən uzaqlaşdırılacaqlar. Bu yerli İcra Hakimiyyətlərinə də aiddir, mərkəzi icra strukturlarına da aiddir. İndi hansılar nə vaxt, necə, nə şəkildə bu proseslərə uyğun olaraq, işini qura bilməyəcəklərsə, birmənalı şəkildə idarəçilik sistemindən uzaqladırılacaqlar. Buna qətiyyən şübhə yoxdur. Çünki Azərbaycan özünün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. 2013-cü ildən bəri ölkə Prezidentinin addım-addım həyata keçirmiş olduğu siyasət təkmilləşmiş, inkişaf etmiş məntiqə söykənir. Bu məntiqə uyğun olaraq, öz fəaliyyətlərini quran insanlar qalıb işləyəcəklər, qura bilməyənlər sistemdən uzaqlaşdırılacaqlar. Yenə kabinet üsulu, rüşvətxorluq, korrupsiya halları olarsa, təbii ki, burada Prezidentin ciddi iradəsi özünü göstərəck”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter