Birgə Mərkəzə göndərilən türk hərbçilərin sayı açıqlandı
- 30.12.2020, 08:02, Baxış sayı:
- 387
Facebook
Вконтакте
Одноклассники
Google+
Qarabağda atəşkəsin Rusiya ilə birgə monitorinqini aparacaq Türkiyə Silahlı Qüvvələrinin heyəti Azərbaycana gəlib.
“Qafqazinfo” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
"Heyətimiz Azərbaycana getdi, orada hazır vəziyyətdə gözləyir. Birgə Mərkəzin inşasının tamamlanmasından və fəaliyyətə keçməsindən dərhal sonra bir general və 35 zabitimiz xidmətə başlayacaq", - deyə Akar qeyd edib. /Muganinsesi.az/