“Tarix göstərdi ki, mən haqlı idim”
- 24.12.2020, 17:35, Baxış sayı:
- 818
Facebook
Вконтакте
Одноклассники
Google+
“Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim”.
Bunu Prezident İlham Əliyev Qubadlı şəhərinə səfəri zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməyib: “Tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan! /Muganinsesi.az/