• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident İlham Əliyev: Biz bu qələbəni həm peşəkarlıq və qəhrəmanlıq hesabına, həm də milli ruh hesabına qazanmışıq

  • 10.12.2020, 16:06, Baxış sayı:
  • 416
Prezident İlham Əliyev: Biz bu qələbəni həm peşəkarlıq və qəhrəmanlıq hesabına, həm də milli ruh hesabına qazanmışıq
Biz güc toplayırdıq və bu gücü toplamışıq. Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi və bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsin.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışında söyləyib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: "Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb və bu kapitulyasiya aktına görə bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq. Halbuki, bir çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə demişdilər ki, müharibənin hərbi həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var. Əks-təqdirdə, bu nə hərb, nə sülh vəziyyəti bundan sonra da 30 il davam edə bilərdi”.

"Nə qədər biz buna dözə bilərdik? Nə qədər səbir göstərə bilərdik? Dəfələrlə mən demişdim ki, Azərbaycan xalqının səbri tükənib və əgər Ermənistan öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxmasa, biz onları oradan qovacağıq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan. Bunu mən müharibədən əvvəl və müharibə dövründə demişəm, xalqa müraciətlərdə demişəm, xarici mətbu orqanlarına verdiyim müsahibələrdə demişəm. Dedim ki, rədd olmalıdır Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə, etiraf etməlidir və çıxmalıdır. Əks-təqdirdə sona qədər gedəcəyik və sona qədər getdik. Ona görə biz döyüş meydanında qələbə qazandıq. Ondan sonra, siyasi müstəvidə qələbə qazandıq, düşməni məcbur etdik ki, o, Kəlbəcər, Laçın və Ağdam rayonlarını azad etsin və bizim torpaqlarımızı tərk etsin”, - deyə Azərbaycan prezidenti bildirib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter