SON DƏQİQƏ! Türkiyə Qarabağa gələcək hərbçilərlə bağlı açıqlama yaydı
- 20.12.2020, 16:01, Baxış sayı:
- 400
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiya Federasiyasının koordinasiyasında davam etməkdədir”.
Oxu24.com -un xəbərinə görə, bu fikirləri Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində bildirilib.
Qeyd olunub ki, Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam edir:
“Türkiyə olaraq, “İki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərini kədərimiz, sevincini sevincimiz bildiyimiz can qardaşlarımızın yanında olmağa davam edəcəyik” deyə açıqlamada bildirilib.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirlərinin imzaladıqları memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə hər iki ölkənin Birgə Mərkəz yaratması qərarı verilib. /Muganinsesi.az/