• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Rəcəb Tayyib Ərdoğan: Ermənilərin Azərbaycana vurduğu ziyanın, törədilən bütün cinayətlərin hesabı sorulmalıdır

  • 10.12.2020, 16:08, Baxış sayı:
  • 293
Rəcəb Tayyib Ərdoğan: Ermənilərin Azərbaycana vurduğu ziyanın, törədilən bütün cinayətlərin hesabı sorulmalıdır
Azərbaycanın torpaqlarını işğaldan azad etməsi əsla mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahədə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışında bildirib.

"Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii, sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Müharibə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan torpaqlarının da hədəfə alındığını xatırladan Rəcəb Tayyib Ərdoğan deyib: "Yüz məsum mülki şəxs şəhid edilib, analar balasız, uşaqlar atasız-anasız qalmışdır. Hücumlar nəticəsində 416 qardaşımız da yaralanmışdır. Müharibə hüququ kobud şəkildə pozulub, insanlıq şərəfi ayaqlar altına salınmışdır. Bunları görməməzliyə vuranların gözləri qədər vicdanları da korlaşmışdır. Hər məcrada bunun hesabını sormalıyıq”.

İllərdir yurd həsrəti ilə alışıb yanan bir milyon qaçqın və məcburi köçkünün doğulduqları torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini deyən Türkiyə Prezidenti əminliklə qeyd edib ki, İnşallah, ən qısa vaxtda qardaşlarımızın yurd həsrəti sona çatacaq.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter