• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Buna imkan verməyəcəyik” – Türkiyə lideri nöqtəni qoydu

  • 25.11.2020, 21:22, Baxış sayı:
“Buna imkan verməyəcəyik” – Türkiyə lideri nöqtəni qoydu
“Müsəlmanlara qarşı yönəlmiş irqçilik Qərbi vəba kimi cənginə alıb”.
“Muganinsesi.az” Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün anti-İslam və anti-müsəlmanlıq bəzi Avropa ölkələrində dövlət başçıları səviyyəsində şəxsən qorunan bir siyasətə çevrilib. Açıq danışaq, İkinci Dünya Müharibəsindən əvvəl Avropada yəhudilərə qarşı aparılan linç və nifrət kampaniyası bu gün müsəlmanlara qarşı təkrarlanır. Eynilə 1940-cı illərin avropalı yəhudiləri kimi bu gün müsəlmanlar cəmiyyətlərdə təcrid olunur, media və siyasətçilərin əli ilə “günah keçisi”nə çevrilir. Bu nifrətdən təkcə müsəlmanlar yox, etnik kimliyi, xarici görünüşü, kökəni, dini, dili fərqli olan digər kəsimlər də alırlar. Heç birimizin bu qorxunc mənzərə qarşısında səssiz qalmaq şansımız yoxdur.
İslamofobiya və ksenofobiya ilə mübarizə bu torpaqlarda yaşayan qardaşlarımıza qarşı məsuliyyətimizdən gələn bir tələbdir, milyonlarla insanın hüquqlarını səriştəsiz siyasətçilərin ambisiyalarına qurban verə bilmərik. Mətbuatın tiraj qayğısının gələcəyimizi zəhərləməsinə icazə verə bilmərik. Beynəlxalq platformalardan istifadə edərək Qərbi vəba kimi cənginə alan irqçiliyə qarşı mübarizə aparmalıyıq. Şübhəsiz ki, bunun yolu gücləri birləşdirməkdir”, - Türkiyə lideri bildirib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter