Çindən Qarabağ AÇIQLAMASI
- 19.11.2020, 11:53, Baxış sayı:
- 455
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin Rusiyanın vasitəçiliyi ilə Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır.
Muganinsesi.az xəbər verir ki, Çin Xalq Respublikasının Xarici İşlər naziri Vanq Yi "Asharq Al-Awsat" qəzetinə verdiyi müsahibədə bildirib.
Nazir qeyd edib ki, tərəflər qısa müddətdə siyasi danışıqlara qayıdacaq və sülh yolu ilə fikir ayrılıqlarını və mübahisələri həll edəcək. Eləcə də problemləri dialoq və məsləhətləşmələrlə yoluna qoyacaq: "Rusiyanın aktiv vasitəçiliyi ilə Ermənistan və Azərbaycan 10 noyabrda atəşkəslə bağlı yeni konsensus əldə etdi. Çin bunu alqışlayır və yüksək qiymətləndirir".