“Qapalı Maraş bölgəsini açmaq” deyə bir tezisi müdafiə etmək anlayışı varmı? Yoxdur. Eyni şeyi bunlar Azərbaycanda, Suriyada da etdi.
“Muganinsesi.az” Publika.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TOBB (Türk Odalar və Borsalar Birliyi) İqtisadi Şurasında çıxışında deyib.
"Kipr məsələsinin nə olduğunu, Maraşın açılmasının hansı məna daşıdığını bilməyənlər orada Türkiyə prezidentinin diplomatik mesajını almamış birinə iqtisadiyyatı izah etmək mümkün deyil. Şimali Kipr prezidenti dəvətr edir. Qəbul etmirlər. Yenə məni tənqid etməyə başlayırlar. Sənin Şimali Kipr sevgin varmı? Qapalı Maraş tezisini müdafiə etmək varmı? Yoxdur. Eyni şeyləri Suriya, Liviya, Azərbaycanda etmədimi?
Özlərinə aid doğru-yanlış heç bir layihəsi olmayan, ssenarilərin tətikçiliyini etməkdən başqa işi olmayanların iqtisadiyyat haqqında fikir bildirməsi gülüncdür", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Qapalı Maraşın xalqa açılmasından narahat olduğunu bildirib. BMT Baş katibinin sözçüsü Stefan Duyarrik məsələ ilə bağlı mövqelərinin dəyişmədiyini, Baş katib Antonio Quterreşin gərginliyi artıracaq və gələcəkdə dialoqları təhlükəyə salacaq hər cür təşəbbüsdən imtina edilməli olduğunu bəyan edib.
Xatırladaq ki, Qapalı Maraş Şimali Kipr Türk Respublikasına daxildir və 49 ildir ki, etnik münaqişə səbəbilə xalqın girişinə bağlıdır.