Azərbaycan Prezidenti: Aİ ilə bu gün imzalanan memorandum gələcək üçün yol xəritəsidir
- 18.07.2022, 18:46, Baxış sayı:
- 377
Facebook
Вконтакте
Одноклассники
Google+
Qarşıdakı illərdə yeni qaz yataqlarının istismarı təbii qaz istehsalını artıracaq və alternativ enerjinin istifadəsi daha çox təbii qaz ixracına imkan verəcək.
“Muganinsesi.az” APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib.
“Bugünkü memorandum gələcək üçün bir növ yol xəritəsidir. Bizim daha əvvəl planlaşdırdıqlarımızın hamısını həyata keçirdiyimizi nəzərə alsaq, əminəm ki, biz böyük uğur görəcəyik. Bizim bu gün müzakirə etdiyimiz digər məsələlər arasında kommunikasiya, əlaqə də var idi. Azərbaycanın coğrafi mövqeyini və modern nəqliyyat infrastrukturunu nəzərə alsaq, bizim potensialımızın əlaqələndirilməsi istiqamətində daha fəal işləməyimizə ehtiyac var. Çünki burada, Xəzərin qərb sahilində Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına, modern infrastruktura, gəmiqayırma zavoduna, yeni dəniz limanına və bizi bütün qonşularımızla əlaqələndirən dəmir yoluna malikdir”, - Prezident İlham Əliyev vurğulayıb.