• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SON DƏQİQƏ: Türkiyə Azərbaycana ORDU GÖNDƏRİR - TƏSDİQLƏNDİ

  • 18.11.2020, 09:11, Baxış sayı:
  • 461
SON DƏQİQƏ: Türkiyə Azərbaycana ORDU GÖNDƏRİR - TƏSDİQLƏNDİ
Türk əsgərlərinin Azərbaycana göndərilməsi ilə bağlı qərar layihəsi Türkiyə Böyük Millət Məclisində təsdiqlənib.
“Muganinsesi.az” Publika.az-a istinadla xəbər verir ki, layihə parlamentə Türkiyə Prezidenti Administrasiyası tərəfindən təqdim edilib.
Müzakirələrdə mövzu ilə bağlı Türkiyə parlamentində təmsil olunan partiya nümayəndələri, eləcə də komissiya sədrləri çıxış ediblər. Diqqətə çatdırılıb ki, müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanı 44 gün ərzində təslimçiliyə məcbur edib. Azərbaycan əks-hücum əməliyyatlarını tam qanuni olaraq BMT başda olmaqla beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazisində aparıb. Azərbaycan Ordusu amansız işğala son verməklə böyük zəfər qazanıb, böyük tarixi hadisə yaradıb. Türkiyənin Qafqaz bölgəsindəki rolu sülh, sabitlik və inkişaf üçündür. Ona görə də, qanun layihəsi günün tələblərini əks etdirən hüquqi sənəddir.
Çıxışlarda əsaslandırılıb ki, Ermənistanın işğalçılıq siyasəti və hərbi tarixləri yalnız Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd deyil, bütün bölgədə sülhə və sabitliyə təhdid olub. Əvvəllər olduğu kimi savaş günlərində də təcavüzkar Ermənistan mülki Azərbaycan əhalisini hədəf almaqla ağır müharibə cinayətləri törədib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsiyyəti və qəhrəman Ordumuzun rəşadəti, xalqımızın birliyi barədə xoş ifadələr səslənib, böyük səmimiyyətlə təbriklər ifadə olub.
Təkrar-təkrar Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağı vurğulanıb.
Türkiyə parlamenti qərarı təsdiq edib.
Qərara əsasən Azərbaycana gedəcək türk hərbi heyəti Qarabağda qurulacaq Türkiyə-Rusiya müşahidə mərkəzində bir il müddətinə fəaliyyət göstərəcək. Bu müddəti artırmaq səlahiyyəti Türkiyə parlamentinə aiddir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter