• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident İlham Əliyev: “Ümid edirik ki, Ermənistanla da münasibətlər normallaşacaq”

  • 18.12.2021, 18:36, Baxış sayı:
  • 281
Prezident İlham Əliyev: “Ümid edirik ki, Ermənistanla da münasibətlər normallaşacaq”
“Mən sizin fikrinizlə tamamilə razıyam. Əslində, biz bunu Azərbaycanda ən azından son onillikdə fəal şəkildə həyata keçiririk. Azərbaycanı Avrasiyanın nəqliyyat habına çeviririk. Bu, asan iş deyil, çünki bizim açıq dənizə çıxışımız yoxdur. Biz, birinci növbədə, qonşularımızla yaxşı münasibətlərdə olmalıyıq”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində “Azərbaycan fərqli ölkə olduğu üçün oradakı iqtisadi məsələlər haqqında eşitmək maraqlı idi. Beləliklə, Azərbaycan dünyada, Asiyada çox önəmli strateji mövqe tutur. O, nəinki enerji habına, eyni zamanda, Qərb və Şərq arasında, Çindən Avropaya qədər sanki bir kommersiya, nəqliyyat habına çevrilə bilər. Bu, iqtisadiyyatın şaxələndirilməsinin bir yolu da ola bilər, regionda sabitliyi təmin edə bilər. Eyni zamanda, bu, vəziyyətin sabitləşdirilməsi və sülhə nail olmaq üçün kömək edə bilər. Bu haqda nə düşündüklərinizi mənə deyə bilərsinizmi?” sualına cavabında deyib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter