Paşinyandan görüş öncəsi ermənilərə - Çağırış
- 26.11.2021, 12:01, Baxış sayı:
- 373
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur vilayətinin icma rəhbərləri ilə görüşüb. Paşinyan görüş zamanı Zəngəzur dəhlizi barədə danışmaqla yanaşı, həm də Qarabağla bağlı bəyanat da verib.
“Qafqazinfo” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Paşinyan erməniləri Qarabağın Azərbaycana məxsus olması fikri ilə barışmağa çağırıb.
“Sadəcə 30 il biz özümüzü aldatmışıq və sonda baş verənlər məhz elə də olmalı idi”, - deyə Paşinyan qeyd edib.
Bununla yanaşı, Paşinyan Zəngəzur dəhlizindən danışarkən bunları vurğulayıb: “Biz nə yolları açmaya, nə də Azərbaycana Zəngəzur ərazisindən Naxçıvana aparan yol verməyə bilərik. Çünki Azərbaycan buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə müqavimət göstərməyə resursumuz yoxdur”.