Azərbaycan Prezidenti: ““Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur”
- 30.08.2021, 14:33, Baxış sayı:
- 397
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dünən “Qarabağ” hoteli əsaslı təmirdən sonra yenidən qonaqların üzünə öz qapılarını açdı. İşğal dövründə “Qarabağ” hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var. O da bərpa edildi və hesab edirəm ki, bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır”.
Bunu Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, yeni otel beşulduzlu otel olacaq: “Orada 150 otaq olacaq, hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur, 300 otaq olacaqdır, böyük konfrans zalı və tədbirlər üçün yerlər, beşulduzlu otel onun da yeri də seçildi mənim tərəfimdən, həmin yerdə mənfur düşmən dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdur və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi.
Beş ulduzlu otel gözəl yerdə inşa ediləcək”.