• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentin BBC-yə müsahibəsi Ermənistanın təbliğat maşınını alt-üst edib

  • 25.05.2021, 14:35, Baxış sayı:
  • 380
Prezidentin BBC-yə müsahibəsi Ermənistanın təbliğat maşınını alt-üst edib
Azərbaycan Prezidentinin ötən ilin 6 noyabr tarixində BBC-yə verdiyi müsahibəyə 3 milyon baxış olub. İndiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.

Vətən müharibəsində cəbhədə Ali Baş Komandan kimi döyüşən Prezident İlham Əliyev informasiya cəbhəsində də eyni əzmkarlıqla Ermənistanın və anti-Azərbaycan qüvvələrin yalan təbliğatına, eləcə də beynəlxalq mediada feyk və qərəzli məlumatlara qarşı döyüşdü. Və qalib gəldi.
Bütün dünya 30 il sonra ilk dəfə Ermənistanın yalanlarını, Qarabağ məsələsi ilə bağlı gerçəkləri bu qədər çılpaq şəkildə şahidi olurdu. Çünki Azərbaycan lideri müharibə dövründə beynəlxalq media orqanlarına verdiyi 30-a yaxın müsahibədə ermənilərin təbliğat maşınını alt-üst etdi. Prezidentin hər bir müsahibəsinin ölkədə və dünyada hadisə kimi qarşılanması da bu baxımdan təsadüfi deyil.
Bu müsahibələr arasında diqqət çəkənlərdən biri də dövlət başçısının BBC-yə verdiyi müsahibəsi idi. Müsahibə boyunca Prezident müxbirin qərəzli suallarını tutarlı arqumentləri ilə cavablandırmaqla həm illərdir Azərbaycan haqqında yaradılan yanlış imici, həm də erməni təbliğatını darmadağın etdi.
Müsahibə bir neçə kontekstdən xüsusilə önəmli idi.
Birincisi, ermənilərin yalan təbliğatının ifşa edilməsidir.
Müxbir ermənilərin Azərbaycan vətəndaşı kimi yaşaya biləcəyi haqda soruşur və daha çox birtərəfli iddialara istinadən bunun mümkünsüzlüyünü göstərməyə çalışırdı.
Prezident İlham Əliyev bunun həm mümkünlüyünü sübut etdi, həm də müxbirin cəhdlərini boşa çıxardı:
“Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?”.
İkincisi, beynəlxalq mediada Azərbaycana qarşı qərəzli kampaniyanın ifşa edilməsi idi.
Müxbir Şuşada kilsənin bombalandığını hansısa jurnalistlərin gördüklərinə istinadən israrla iddia edirdi.
Prezident bunun erməni təbliğatı, o cümlədən, beynəlxalq mediada ölkəmizə qarşı qərəzli hücumların növbəti mərhələsi olduğunu bəyan etdi:
“Bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada “şahidi” olub. Mən buna inanmıram”.
Üçüncüsü, anti-Azərbaycan qüvvələrin uydurmaları, ölkəmiz haqqında məqsədyönlü şəkildə mənfi imicin yaradıldığını ifşa etdi.
Və İlham Əliyev döyüş meydanında olduğu kimi, informasiya meydanında da Ermənistanı, Azərbaycana qarşı olan bütün şəbəkələri ağır məğlubiyyətə uğratdı.
Azərbaycan Prezidentinin ötən ilin 6 noyabr tarixində BBC-yə verdiyi müsahibəyə 3 milyon baxış olub. İndiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib. Bu müsahibə və baxış sayı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter