"Həmin vaxta qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək" - Prezident İlham Əliyev dəqiq vaxtı AÇIQLADI
- 22.04.2021, 11:21, Baxış sayı:
- 479
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev özünün rəsmi facebook səhifəsində paylaşım edib.
KONKRET.az xəbər verir ki, paylaşımda dövlət başçısı bildirib ki, “5 il sonra biz yalnız özümüzün nə edəcəyimizi proqnozlaşdıra bilərik: Qarşıdan gələn 3 il ərzində biz əsas infrastruktur layihələrini – dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracağıq və tikinti işlərinin fəal bazasında olacağıq.
Bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar olmalı, oraya qayıdacaq insanlar lazımi yaşayış şəraitilə təmin edilməlidir. Onlar maliyyə cəhətdən dövlətdən asılı olmamalıdırlar.
Həmin vaxta qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək”.
/Muganinsesi.az/