• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İlham Əliyev postsovet məkanının ən savadlı, ən mədəni Prezidentidir

  • 20.04.2021, 22:05, Baxış sayı:
  • 465
İlham Əliyev postsovet məkanının ən savadlı, ən mədəni Prezidentidir

Bunu rəsmən bəyan edən Aleksandr Lukaşenko Azərbaycanın böyük Zəfərini alqışladı

Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan sıx tərəfdaşlıq münasibətləri qurub.
Azərbaycanın həm də dünyanın ayrı-ayrı qütblərində yerləşən dövlətlərlə əlaqələri genişlənməkdədir. Rəsmi Bakı diplomatik əlaqələrdən başlamış, dərin siyasi, iqtisadi-ticari sahələrə, humanitar-mədəni münasibətlərə qədər bir çox dövlətlə əməkdaşlıq edir. Sıx dostluq və qardaşlıq münasibətlərinə gəldikdə isə, bir neçə dövlət yada düşür ki, onlardan da biri Belarusdur.
Birgə bəyanat zamanı A.Lukaşenko Dağlıq Qarabağ probleminin həllində İlham Əliyevin mövqeyini, müstəqil, qətiyyətli və prinsipial siyasətini yüksək qiymətləndirdi.
Belarus Prezidenti dedi ki, İlham Əliyev danışıqlar prosesi zamanı verdiyi bütün vədlərə sadiq olub. Münaqişənin həlli ilə bağlı müzakirələrdə tam səmimi və açıq şəkildə Azərbaycanın məsələni sülh yolu ilə həll etmək istədiyini vurğulayıb: “Əhsən Prezidentə. O dedi ki, biz tarixin bu səhifəsini çevirmək istəyirik. Mənim mövqeyim, mənim arzum budur. Allah eləsin, bu bəla sovuşsun. Ermənistan və Azərbaycan xalqlarının qəlbində kin-küdurət izləri qalmasın. Əminəm ki, İlham Əliyev erməniləri əsla sıxışdırmayacaq, onlarla hesabı çürütmək, qisas almaq fikrinə düşməyəcək. O, savadlı, mədəni insandır. Mən həmişə deyirəm ki, sovet dövründə o, bizim Sovet İttifaqının ən yaxşı ali məktəbini - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır. Mən həmişə bu barədə də açıq danışmışam”.
Problemin həll edilməsində İlham Əliyevin çox böyük rol oynadığını deyən Belarus Prezidenti hesab edir ki, indi sahəsi Lüksemburqdan 4 dəfə böyük və ya Livanın sahəsinə bərabər ərazilərdə böyük işlər görülməlidir. Bu, daha uzunmüddətli və çox çətin epopeya olacaq. A.Lukaşenko bunun sülh epopeyası olmasını arzulayır.
A.Lukaşenko Azərbaycanın şanlı Qələbəsini qiymətləndirərək özünün və xalqının mövqeyini bəyan etdi: “Belaruslar Prezident tərəfindən alqışlanan müəyyən mövqe tutublar, biz bundan sonra da özümüzü konstruktiv aparacağıq. Azərbaycan rəhbərliyi də bilməlidir ki, belaruslar etibarlı dostlar və etibarlı insanlardır. Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq”.
Səfər çərçivəsində liderlərin təkbətək görüşündə, mətbuata birgə bəyanatlarında bir daha iki ölkə arasında mövcud münasibətlər, iqtisadi-ticari əlaqələr müzakirə olunaraq bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulandı.
Aleksandr Lukaşenkonun söylədiyi fikirlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan Belarus üçün ən etibarlı strateji tərəfdaş olaraq qalır. Belarus Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazırdır. İki ölkə arasında əməkdaşlıq üçün qapalı mövzular yoxdur.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter