• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə getmək haqda qanun qəbul edildi

  • 01.02.2021, 15:59, Baxış sayı:
  • 387
Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə getmək haqda qanun qəbul edildi
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.
“Muganinsesi.az” “Qafqazinfo”ya istinadla xəbər verir ki, protokolda Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib. Bunlara diplomatik pasport, xidməti pasport, ümumvətəndaş pasportu, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən), Azərbaycan dənizçisinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda), dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi 9 qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə), uçuş heyətinin şəxsiyyət vəsiqəsi, Azərbaycan vətəndaşına rəsmiləşdirilən Azərbaycanın qayıdış şəhadətnaməsi (Azərbaycana qayıtmaq üçün Türkiyədə yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün) sənədlər daxildir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter