• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentdən göstəriş: Şəhidlərin nəşi köçürüldü

  • 31.01.2021, 09:28, Baxış sayı:
  • 230
Prezidentdən göstəriş: Şəhidlərin nəşi köçürüldü
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə övladları Qaradağ ərazisində dəfn olunmuş şəhid ailələrinin arzusu yerinə yetirilib.
Axar.az xəbər verir ki, Qaradağ rayonu ərazisində dəfn olunmuş şəhidlərimizin nəşi bu gün Yasamaldakı Şəhidlər Xiyabanına köçürülüb.
Qeyd edək ki, sözügedən ərazidə dəfn edilən şəhidlərin doğmaları əraziyə qrunt sularının yığıldığını bildirərək, məzarların köçürülməsini istəmişdilər. Lakin beynəlxalq hüquq üzrə professor, tanınmış ekspert Fərhad Mehdiyev ərazidə bir neçə şahidin iştirakı ilə araşdırma aparmış və şəhidlərin dəfni üçün ayrılan yerin heç də qəbiristanlığın aşağı hissəsi olmadığı, əksinə, ikinci sırada yerləşdiyi, orada qrunt sularının yığılmadığını foto və video faktlarla təqdim etmiş, amma ərazinin abadlaşdırılmasının gecikməsindən narahatlığını ifadə etmişdi.
Bu gün qəbirlər açılarkən də orda heç bir qrunt suyunun sızmadığı müəyyən edilib.
Buna baxmayaraq, şəhid ailələrinin arzusu yerinə yetirilib və şəhid məzarları köçürülüb.
Ruhları şad olsun!
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter