Koronavirusdan müalicə alanlara VACİB MƏSLƏHƏT
- 28.12.2020, 08:42, Baxış sayı:
- 459
Facebook
Вконтакте
Одноклассники
Google+
Koronavirus keçirmiş xəstələrdə orqanizmin möhkəmlənməsi və ağciyərlərin bərpası vacibdir.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə terapevt Olqa Zmanovskaya danışıb.
O bildirib ki, sağalma prosesi zamanı görülən fiziki işlər yüngül olmalıdır. Həkimin sözlərinə görə, sağalma prosesində aerobika ilə məşğul olmaq və oturaq vəziyyətdə gimnastik hərəkətlər etmək faydalıdır. Bununla yanaşı, ağciyərlərin bərpası üçün tənəffüs gimnastikası ilə də məşğul olmaq lazımdır.
"Qida rasionunda daha çox zülallara üstünlük vermək önəmlidir. Bunun üçün ət, balıq, yumurta və süd qəbul etmək lazımdır. Antibiotik qəbulundan sonra süd içmək və ya kəsmik yemək məsləhət görülür. Duzlu, qızarmış və şirniyyatdan uzaq olmaq tövsiyə edilir. Tərkibində vitamin C olan məhsullar, limon, bibər, kivi və itburnu məsləhətlidir. Çay və kofedən imtina etmək lazımdır", - deyən həkim vurğulayıb ki, koronavirusla mübarizə prosesində gün ərzində bir saat gəzmək və 8 saat yatmaq lazımdır. /Muganinsesi.az/