• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Koronavirusdan sağalan şəxslərdə niyə ölüm riski var?

  • 23.12.2020, 12:04, Baxış sayı:
  • 356
Koronavirusdan sağalan şəxslərdə niyə ölüm riski var?
“İnaktiv vaksinlərin əlavə təsirləri çox azdır. Vaksinin əlavə təsiri ilə xəstəliyin yan təsirlərini müqayisə etsək görərik ki, vaksinlərin əlavə təsirləri yox dərəcəsindədir”.
“Muganinsesi.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Mir Şahinin vaxtı” verilişində TƏBİB sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu xəstəlik təkcə ağciyəri zədələmir, hətta xəstəlik sağaldıqdan sonra da bir çox orqanların fəaliyyətinə mənfi təsir göstərir.
“Bizim əlimizdə tibbi datalar var, özümüz də dəhşətə gəlirik. Mərkəzi sinir sistemi, ürək qan-damar sistemi, damarların endoteli, çoxalma orqanları, qadın orqanları – bütün bunların içərisində virus çoxala bilir. Bundan başqa, xəstəlik sağalandan sonra da davam edən əlavə təsirlər var. Olur ki, xəstəlik sağalıb, ağciyərdə radioloji buzlu şüşə bərpa olunub və xəstəni evə yazmışıq. Bir neçə həftədən sonra insult və ya miokard infarktı keçirib. Ya həyatını itirib, ya da ağır vəziyyətdədir. Bu xəstəliyin laxtalanma sisteminə çox ciddi təsirləri var. Biz tərəzinin gözünə xəstəliyin və vaksinin yan təsirlərini qoysaq, görərik ki, bunlar müqayisəolunmazdır”.
R. Bayramlı həmçinin bildirib ki, vaksinin yan təsirində ölümcüllük yoxdur, yalnız bəzi şəxslərdə allergiya ola bilər. Bundan kənarda inaktiv vaksinlərin əks göstərişi müşahidə olunmur.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter