• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bu yollarda postlar qurulacaq

  • 13.12.2020, 18:35, Baxış sayı:
  • 332
Bu yollarda postlar qurulacaq
"Tək Bakıda deyil, respublikamızın bütün ərazisində - 16 inzibati ərazi vahidində sərtləşmiş karantin rejimi dövründə hərəkət məhdudlaşdırılacaq. Bütövlükdə bu müddət ərzində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri ən yüksək səviyyəyə çatdırılacaq".
“Muganinsesi.az” "Qafqazinfo" ya istinadla xəbər verir ki, bunu "Real İntervyu"ya müsahibəsində DİN-in şöbə rəisi Elşad Hacıyev deyib.
E.Hacıyev sərtləşdirilmiş karantin rejimi dövründə qurulacaq postlardan da danışıb:
"Bakı-Yevlax- Şamaxı, Qazax-Gürcüstan-Bakı, Sumqayıt-Bakı-Abşeron, Bakı-Quba yolunda, eləcə də paytaxtda həm stasionar postlar, həm də qəfləti dəyişən - mobil postlar olacaq. Piyada naryadlarında polis və daxili qoşunların hərbi qulluqçuları xidmət aparacaqlar. Avtopatrullarda xidmət, yəni, post-patrul xidməti təşkil olunacaq. Əvvəlki təcrübə əsas götürülərək bu iş icra ediləcək".
DİN rəsmisinin sözlərinə görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan şəxslər “icaze.e-gov.az” portalı və 8103 SMS-xidmətində, eləcə də E-təbib-də təsdiqlənmiş icazələr olduqda həmin şəxslərin öz avtomobilləri ilə hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter