• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yalnız bu bankdan, təhsil haqqını ödəyin

  • 16.09.2023, 17:16, Baxış sayı:
  • 495
Yalnız bu bankdan, təhsil haqqını ödəyin
Bakıda yerləşən özəl universitetlərinin birində belə bir elan yerləşdirilib "Təhsil haqqını yalnız bu bank vasitəsilə ödəməyinizi xahiş edirik". Bankın adı müxtəlif ola bilər, amma yalnız bu bankla ödəmək hansı qanunda əks olunub? Həqiqətən də tələbə universitetinin qeyd etdiyi bank vasitəsi ilə illik ödənişini etməlidir? Universitet niyə bunu qeyd edir? Azərbaycan Respublikasının "Təhsil Haqqında" qanununa nəzər yetirək.
Maddə 32-də qeyd olunur ki, Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. Təhsilalanların hüquqları aşağıdakılardır:
1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq;
2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək;
3. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
4. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti, o cümlədən dərsdənkənar məşğələni (fakültativ kursları) seçmək;
5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;
6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan kitabxanalardan və s.) istifadə etmək;
7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq;
8. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
9. fasiləsiz təhsil almaq;
10. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq (akademik məzuniyyət götürmək);
13. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
14. dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
15. dövlət və bələdiyyə ümumi təhsil və peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
16. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
17. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;
18. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək;
18-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;
18-3. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək;
19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
Təhsilalanların vəzifələri aşağıdakılardır:
1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
1-2. sağlam həyat tərzi keçirmək;
2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;
6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Qanunun 40-cı maddəsində qeyd olunur ki, özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir. Yəni illik təhsil haqqının müəyyənləşdirilməsində sərbəstdilər.
Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Yəni ödənişlər müqavilə ilə tənzimlənir. Amma burada bir qeyd var. Təhsil haqqı bir başa qeyd olunan bank vasitəsilə edilməsi yersizdir. Buna əsasən də şəkildə göründüyü kimi tələb yox, xahiş yazılıb. Bu xahişi tələbə nəzərədə ala bilər, nəzərə almayada bilər. Universitetin ixtiyarı yoxdur ki, tələbəyə qeyd etsin ki, sən ödənişi gedib bu bankdan etməlisən. Təhsil müəssisəsinin hesabı har hansı bankda ola bilər, amma tələbə ödənişi istənilən bank, terminal vasitəsindən edə bilər. Universitetin elandakı kimi bunu etməsinin bir səbəbi ola bilər. O da bu bankla daimi işləməsi. Bank xidmət haqqlarının qeyd olunan bankdan edilməsi ona əlavə daxildə sövdələşmə əsasında hər hansı kredit güzəştinə səbəb ola bilər, uçot işini asanlaşdıra bilər vəya digər üstünlüklər verə bilər.

Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter