• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Toya hazırlaşanların nəzərinə: Yeni qərar verildi

  • 20.11.2020, 20:22, Baxış sayı:
  • 480
Toya hazırlaşanların nəzərinə: Yeni qərar verildi
Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qaydaya dəyişiklik edilib.
“Muganinsesi.az” “Report”a istinadla xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Məcəllənin 13-cü maddəsinin (Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi) 13.2-ci bəndinə təklif edilən dəyişikliklə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına ("Tibbi sığorta haqqında" qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçiriləcək.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter