• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“MTN-in rəhbərliyinə 300 min dollar verməlisən, yoxsa səni də Zal Yusifovla eyni ittihamla tutacağıq”- GENERALIN İŞİ

  • 21.01.2022, 12:30, Baxış sayı:
  • 444
 “MTN-in rəhbərliyinə 300 min dollar verməlisən, yoxsa səni də Zal Yusifovla eyni ittihamla tutacağıq”- GENERALIN İŞİ
Fotoda: General - mayor Mövlam Şıxəliyev
Sabirabad rayonunun Həşimxanlı kəndindən olan sahibkar Elşən Mədətovdan hədə - qorxu yolu ilə pul tələb edilib.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və digər vəzifəli şəxslərin iş adamı Elşən Mədətovdan (Sabirabad rayonunun Həşimxanlı kəndi) hədə-qorxu yolu ilə pul tələb etmələri məlum olub.

Əldə etdiyimiz məlumata görə, Elşən Mədətov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2007-ci ildə “Texnikabank” ASC-in “Bakı” filialına öz adına müqavilə bağlamaqla illik 12 faizə 623 min avro məbləğində əmanət qoyub: “Faizləri ilk vaxtlarda almışam. 2008-ci ilin iyun-iyul aylarında faizləri bankdan ala bilmədim”.
Zərərçəkmişin sözlərinə görə, 2008-ci ildə Fransaya istirahətə gedib və qayıdandan sonra filialın müdiri Zal Yusifovun həbs olunduğunu bilib: “Oktyabrın əvvəllərində MTN-in İstintaq baş İdarəsinin Vüsal Ələkbərov adlı şöbə rəisi zəng edərək məni çağırdı. Növbəti gün səhər saatlarında ora getdim. Əsas giriş qapısında qeydiyyata alındım. Tanımadığım əsgər məni MTN-in inzibati binasının başında olan dəmir qapıdan içəri ötürdü.
İçəridə məni mülki geyimdə olan şəxs qarşıladı. Liftlə 4, yaxud 5-ci mərtəbəyə qaldırdı. Sola dönərək 5-10 metr getdikdən sonra bir boş otağa daxil olduq. Orada təxminən 5 saat tək oturduqdan sonra özünü MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisi kimi təqdim edən Vüsal Ələkbərov mənimlə söhbət etdi.
Mənə dedi ki, sən banka əmanət kimi pul qoymusan, mütəşəkkil cinayətkar dəstəyə qoşularaq bank müdiri Zal Yusifovla bankı talamısız, ona görə də MTN-in rəhbərliyinə 300 min dollar verməlisən, yoxsa səni də Zal Yusifovla eyni ittihamla tutacağıq. Banka qanuni yolla pul qoyduğumu bildirdim. Bu zaman Vüsal “nə olsun ki, qanuni qaydada banka pul qoymusan, banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, bu rəhbərliyin tapşırığıdır”, – deyə məni həbs etməklə qorxutdu.
Həbs olunmaqdan qorxduğum üçün Vüsalla söhbət edərək 100 min dollara razı olmağı xahiş etdim. Həmin söhbətlər zamanı Vüsal otaqdan çıxdı, rəisi Mövlam Şıxəliyevin yanına getdi. Onunla məsləhətləşərək qayıtdı. Həmin məsləhətləşmələr nəticəsində də 100 min dollara razılaşdıq, məni ifadə almadan buraxdı”.
İş adamı qeyd edib ki, bundan sonra pul toplamağa başlayıb: “Özümdə 45 min dollar olub. Qardaşımdan 50 min dollar, qayınatamdan 5 min dollar borc aldım. 15-20 gündən sonra, yəni 2008-ci ilin oktyabrın sonlarında, günün ikinci yarısında Vüsal Ələkbərova zəng etdim, pulun hazır olduğunu bildirdim. Vüsal mənə “MTN-ə gəl” dedi. Günün ikinci yarısında 100 min dollar məbləğində pulu sarı-ağ rəngli kağızda olan zənbilə qoydum, üzərini örtdüm və özümə məxsus “Mercedes Benz S600” markalı avtomobilimdə sürücüm Zahid Əliyev və qaynımla birlikdə MTN-ə getdim.
Birinci dəfə MTN-in qarşısından keçdiyim yerdə qeydiyyatdan keçdim, eyni qaydada müşayiətlə Vüsal Ələkbərovun otağına getdim. Kiçik zənbildə olan 100 min dolları təklikdə Vüsal Ələkbərova verdim. 10-15 dəqiqə onunla söhbət etdim, sonra MTN-dən çıxaraq evimə getdim”.
Elşən Mədətovun bildirdiyinə görə, 2008-ci ilin noyabrın əvvəllərində Vüsal Ələkbərov yenidən ona zəng edib və onu MTN-ə çağırıb: “Əsas girişin qarşısında Vüsal “Toyota” markalı CİP-lə çıxaraq dayandı. Mən də Vüsalın maşınına əyləşdim. Mənə dedi ki, rəhbərlik deyir, sənin pulunu qaytaraq, çünki sənin əleyhinə ifadə var. Vüsal əlavə etdi ki, Zal Yusifov və oğlu ifadələrində onunla əlbir olub, bankın pulunu taladığımızı deyib. Buna görə də 300 min dollar verməliyəm.
Həmçinin mənə 10-15 gün vaxt verdi. Hədə-qorxu gəldi ki, bu söhbətləri başqa yerdə danışma, yoxsa uşaqlarını da ilişdirərik. Bu hədə-qorxulardan və həbs olunmaqdan çəkinərək evdə olan bütün qızılları “Moskva” univermağında adını xatırlamadığım şəxslərə satdım, dostum Qaçar Məmmədovdan 45 min dollar, qayınatamdan 15 min dollar borc aldım, yenə də 100 min dollar topladım. 2009-cu ilin noyabrın sonlarında Vüsal Ələkbərova zəng etdim, 100 min dollar topladığımı bildirdim. Əvvəlki kimi sürücüm Zahid və qaynımla birlikdə MTN-ə gəldik. Saat 16 radələrində Vüsalın otağına qalxdım, 100 min dolları topalaya bildiyimi dedim. Vüsal gətirdiyim 100 min dolları xidməti otağında məndən təklikdə aldı. Bu barədə rəhbərliyə məruzə edib, mənə məlumat verəcəyini söylədi”.
Elşən Mədətov qeyd edib ki, 1-2 gün sonra Vüsal Ələkbərov yenidən ona zəng edib: “Bildirdi ki, məruzə etdim, pulu tam çatdır, rəhbərlik razılaşmır. Yenə də mənə 10 gün vaxt verdi. Mən isə dostum Qaçarın vasitəsi ilə onun hazırda adını xatırlamadığım tanışından 10 min dollar, yeznəm Nəsrəddin Sultanovdan 30 min dollar borc aldım. 2008-ci ilin dekabrın əvvəllərində Vüsala zəng etdim. Ona bildirdim ki, cəmi 50 min dollar toplamışam, daha heç yerdən pul tapa bilmirəm, istəyirsən məni tut, pulumu qaytar, istəyirsən topladığım 50 min dolları qəbul et.
Vüsal isə rəhbərliyə məruzə edib, mənə xəbər edəcəyini söylədi. Vüsal təxminən bir saatdan sonra zəng vurdu. Mənə muştuluq verən tərzdə “təbrik edirəm, rəhbərlik razılaşdı”, – dedi.
Elşən Mədətovun sözlərinə görə, növbəti günlərin birində saat 19 radələrində Vüsal Ələkbərovun tapşırığı ilə sonuncunun yaşadığı Yasamal bazarından bir qədər irəlidə binanın qarşısında avtomaşınında sürücüsü və qaynı ilə birlikdə gedib: “Orada 50 min dolları torbaya bükdüm və sonra Vüsala zəng etdim. Az sonra ora gələn Vüsala torbada olan pulu verdim. Sonrakı günlərdə özümə məxsus Şirvan şəhərində olan “Qulu” restoranını, həmçinin Sabirabad rayonunun Həşimxanlı kəndində olan dəyirmanımı sataraq borclarımı qaytardım”.
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, ibtidai istintaq idarəsinin rəis müavini – 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.
Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter