• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bacısı oteldə kişinin intim şəkillərini çəkdi, qardaşı isə... – Şok olayın təfərrüatı

  • 22.06.2021, 20:07, Baxış sayı:
  • 565
Bacısı oteldə kişinin intim şəkillərini çəkdi, qardaşı isə... – Şok olayın təfərrüatı
Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Bəhruz Xırdalan şəhərində qonşusu Mirzəni (ad şərtidir – red.) intim fotoları ilə şantaj edib.
Teleqraf.com-un xəbərinə görə, Bəhruz 2 iyun 2019-cu ildə Mirzə ilə görüşərək ona bacısının mobil telefonunda olan çılpaq şəklini göstərib, həmin fotoları arvadına göstərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.
O, Mirzədən 1000 manat tələb edib. 2019-cu ilin iyulun ikinci 10 günlüyündə 400 manat, həmin vaxtdan 2-3 gün keçdikdən sora 70 manat, 4 gün sonra isə 150 manat alıb.
Bundan başqa, Bəhruz hədə-qorxu gəlməklə Mirzənin göndərdiyi 60 manatı 18 mart 2020-ci ildə Salyan rayon Mərkəzi poçtundan götürüb. Martın 22-də Mirzənin poçt vasitəsi ilə göndərdiyi 100 manat, martın 30-da isə 30 manatı alıb.
“Məndə yarıçılpaq şəklinin olduğunu dedim”
İstintaq orqanı tərəfindən Mirzənin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz elan olunmuş ittiham üzrə özünü ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, Xırdalan şəhərində yaşayır, Mirzəni bir neçə ildir tanıyır: “Mirzə mənimlə qonşuluqda yaşayır. Qonşu kimi münasibətimiz pis olmayıb. 2019-cu ilin avqustun əvvəllərində evdə olan zaman bacım Aidəyə (ad şərti verilib – red.) məxsus “Samsung” markalı mobil telefonunu ondan xəbərsiz götürdüm.
Telefonun qalereya hissəsində olan “Mənim faylım” papkasında qonşumuz Mirzənin yarıçılpaq şəklini gördüm. Bundan sonra Mirzə ilə görüşdüm, onun məndə yarıçılpaq şəklinin olduğunu dedim. Onun 800 manat verməsini tələb etməyə başladım. Pulu verməyəcəyi təqdirdə şəkili həyat yoldaşına göstərməklə onu rüsvay edəcəyimi bildirdim.
Bundan bir neçə gün sonra Xırdalan şəhəri, 28-ci məhəllədə Mirzə ilə görüşdüm. Mirzə mənə 400 manat verdi. O, səhəri gün 220 manat mənə pul verəcəyini bildirdi, bu söhbəti bağlamasını istədi. Mən də onunla razılaşdım”.
“Peşmanam”
Bəhruzun ifadəsinə görə, həmin günün səhəri 2019-cu ilin avqustun əvvəllərində Xırdalan şəhərindəki Mərkəzi xəstəxananın yanında Mirzə ilə görüşüb: “Mirzə mənə əvvəl 70 manat, bundan 1 saat sonra yenə 150 manat verdi. 2020-ci ilin martın ortalarında Salyan rayonunda olan zaman pul lazım olduğu üçün Mirzəyə zəng etdim, yenə də ondan pul tələb etməyə başladım.
Onun Salyan rayon poçt şöbəsinə 200 manat göndərməyini bildirdim. Mirzə əvvəl poçt vasitəsilə 60 manat göndərdi. Səhəri gün ayrı-ayrı vaxtlarda 100 və 30 manat yolladı. Həmin pulları Salyan rayon poçt şöbəsindən götürdüm, öz ehtiyaclarım üçün xərclədim.
Bundan sonra Mirzəyə zəng etdim, əlavə 140 manat verməsini bildirdim. Mirzə artıq pul verməyəcəyini, şikayət edəcəyini dedi. Hazırda əməlimdən peşmanam”.
“Münasibətimiz daha yaxın oldu”
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Mirzə qeyd edib ki, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində ailəsi ilə birlikdə yaşayır: “Qonşuluğumuzda yaşayan Aidə adlı qadın bir gün mobil telefonuma zəng edərək tanışlıq verdi. Həmin vaxt Aidəni tanıdım. Qardaşı Vəlinin (ad şərti verilib – red.) mənə iş xahiş etdiyini və həmin işin nə yerdə qaldığını soruşdu.
Mən də Aidəyə vəziyyəti izah etdim və bundan sonra Aidə mənimlə mütamadi olaraq əlaqə qurmağa başladı. Aramızda olan əlaqələrimiz genişlənərək münasibətimiz daha yaxın oldu”.
“Dedi ki, sənin məndə lüt şəklin var”
Mirzənin sözlərinə görə, 2 iyun 2019-cu ildə Masazır qəsəbəsində “Dörd Yol” adlı oteldə görüşüblər: “Bizim aramızda cinsi yaxınlıq oldu. Aidə xəbərim olmadan mobil telefonu ilə lüt şəkilimi çəkib. Ancaq bunu mənə bildirməyib. Bundan sonra əlaqələrimiz zəiflədi.
Həmin vaxtdan bir neçə gün sonra Aidənin Bəhruz adlı qardaşı mobil telefonuma zəng etdi, məni görüşə çağırdı, getdim. Görüşən zaman dedi ki, sənin məndə lüt şəklin var. Bəhruz lüt şəkilimi arvadıma göstərməməsi üçün 850 manat istədi. Bəhruza bildirdim ki, mənim bu qədər pulum yoxdur”.
“Məni narahat etməyəcəyini dedi”
Mirzə daha sonra ifadəsində qeyd edib ki, Bəhruzla 600 manat pul verməsi barədə razılığa gəliblər: “Bu məbləğdə pulu verəndən sonra Bəhruz söhbəti bağlayacağını söylədi. Başqa əlacım olmadığı üçün razılaşdım. Müxtəlif vaxtlarda Bəhruza 620 manat vermişəm.
Sonda razılığa gəldik ki, həmin şəkili siləcək və bir daha bu məsələ ilə bağlı məni narahat etməyəcək.
Bəhruz mənimlə razılaşdı və bir daha bu məsələ ilə bağlı heç vaxt məni narahat etməyəcəyini dedi. Mən də Bəhruza arxayın olaraq bu barədə hüquq mühafizə orqanlarına məlumat vermədim”.
“Söhbəti bağladığını dedim”
Mirzə bildirib ki, həmin söhbətdən bir müddət sonra yəni, 17 mart 2020-ci ildə Bəhruz ona zəng edib: “Hazırda Cəlilabad rayonuna gəldiyini, təcili 160 manat lazım olduğunu bildirdi. Bəhruza həmin məsələnin 2019-cu ilin iyul ayında bağladığını qeyd etdim.
Bəhruz sonda 160 manatın ona vacib lazım olduğunu qeyd etdi. Üzərimdə 60 manat olduğunu dedim. Həmin pulu poçt vasitəsi ilə martın 18-də ona göndərdim. Bəhruz da Salyan rayonunda yerləşən poçtdan həmin pulu götürdü”.
“Arxayın oldum”
Mirzənin sözlərinə görə, martın 19-da Bəhruz ona təkrar zəng edib: “Mənə 160 manat puldan 100 manat qaldığını və həmin 100 manat pulu aldıqdan sonra bir daha bu söhbətə gəlməyəcəyini bildirdi.
Ona inandım, habelə ailəmdə söz-söhbət olmasın deyə razılaşdım. Martın 22-də Bəhruza poçt vasitəsi ilə 100 manat göndərdim. 3 manat rüsuma çıxıldığı üçün göndərdiyim puldan 97 manat götürdü. Bəhruz dedi ki, bir daha bu söhbətin üstünə gəlməyəcək. Yenə də Bəhruza arxayın olaraq bu barədə hüquq mühafizə orqanlarına məlumat vermədim”.
“Polisə ərizə yazdım”
Mirzə qeyd edib ki, bir müddət sonra, yəni martın 29-da Bəhruz ona təkrar zəng edib: “Bəhruz ona 30 manat lazım olduğunu və bundan sonra bir daha məni narahat etməyəcəyinə söz verdi. Bu halın artıq mütamadi olduğunun fərqinə vardım, yenə də başqa söz-söhbətlər olmaması üçün Bəhruza martın 30-da poçtla 30 manat göndərdim.
Martın 30-da o, yenidən mənə zəng etdi. Bu işi bağlamağın 1000 manat qiyməti olduğunu, mənim isə 810 manat verdiyimi, habelə əlavə olaraq 190 manat da verməli olduğumu söylədi. Hətta Bəhruz bununla bağlı mənim mobil telefonuma mesaj da yazdı. Artıq bu haldan bezdim, bu barədə ailəmə məlumat verdim.
Bəhruzun mənə hədə-qorxu gəlmək yolu ilə 810 manat alması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzi sisteminə məlumat verdim və Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etdim.
Bəhruz mənim mobil telefonuma mesajlar yazaraq polisə getməməyimi, polisə gedəcəyim təqdirdə başıma oyun açacağını bildirdi, məni nalayiq sözlərlə söydü”.
“Xatirə qalsın deyə şəklini çəkdim”
Şahid qismində dindirilən Aidənin sözlərinə görə, Mirzəni bir neçə ildir tanıyır: “Mirzə mənimlə qonşuluqda yaşayır. 1 ilə yaxındır telefon vasitəsilə danışıram və aramızda sevgi münasibəti olub. 2019-cu ilin avqustunda Mirzə ilə Masazır qəsəbəsində adını xatırlamadığım oteldə görüşdük. Onunla cinsi əlaqədə oldum.
Oteldə görüşən zaman xatirə qalsın deyə şəklini çəkdim. Sonra onunla görüşmədim. Həmin şəkilləri çəkməkdə heç bir məqsədim olmayıb. Mobil telefonda olan Mirzənin şəkillərini heç kəsə göstərməmişəm və göndərməmişəm”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılıb.
Bəhruz 3 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib.
Mirzə məhkəmə zalından həbs edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Mirzənin cəzasının əvvəli 27 may 2021-ci ildən hesablanması qərara alınıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter