• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

  • 20.01.2022, 16:38, Baxış sayı:
  • 361
Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

Vüsal HÜSEYNOV,

Sabirabad
Regional "ASAN Xidmət" Mərkəzinin Qeydiyyat şöbəsinin rəisi


Tarix boyu xalqımız zaman-zaman faciələrə, soyqırımlarına məruz qalıb. Bu faciələrin böyük bir hissəsi XX əsrdə baş verib. Həmin dəhşətli faciələrdə xalqımız özünün azadlığı uğrunda mübarizədə itkilər versə də, nəhayət, 1990-cı il 20 Yanvar qırğınından sonra azadlıq, istiqlaliyyət istəyinə qovuşdu.
20 Yanvar hadisəsi yalnız faciə kimi xatırlanmamalıdır. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq, eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı imzalandı.
Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində Ulu Öndərin siyasi kursunun davamı olaraq, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir.
Sovet İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik, həm iqtisadi cəhətdən, eyni zamanda, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir.
Azadlıq mücadiləsində şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, ehtiramla anılır.
Dünyanın ən reytinqli təşkilatlarının 30 il ərzində nizamlaya bilmədikləri Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində son qoyuldu. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu düşmənə divan tutaraq işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycanı bütövləşdirdi.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter