• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xalqımızın mübariz ruhunun təcəssümü

  • 20.01.2022, 16:36, Baxış sayı:
  • 393
Xalqımızın mübariz ruhunun təcəssümü

Elnur AĞAYEV,

Sabirabad rayon Qeydiyyat Şöbəsinin rəisi


Tarix qəhrəmanları unutmur. Erməni faşizmi üzərində çaldığımız zəfərin üstündən çox vaxt keçməyib. İkinci Qarabağ savaşında da şəhidlər verdik, döyüşlərdə yaralananlar və itkin düşənlər oldu. Ancaq igidlərimiz canlarından-qanlarından keçərək, düşmənin başını əzdilər, işğal olunmuş ərazilərimiz azad edildi. Bu, bir daha xalqımızın mübariz ruhunu, Vətən sevgisinin hər şeydən ucada durduğunu isbatladı.Tam inamla deyirəm ki, son Zəfərimiz kökdən gələn qəhrəmanlıqdır.
XX əsrdə xalqımızın üzləşdiyi çoxsaylı fəlakətlərdən birinin - 1990-cı il 20 Yanvar faciəsinin növbəti ildönümü ölkəmizin hər yerində milli-azadlıq uğrunda mübarizələrdə verdiyimiz ilk şəhidlərimizin xatirəsinə göstərilən ümumxalq ehtiramı ilə yad edilir. Azərbaycan xalqının qan yaddaşından heç zaman silinməyəcək bu tarixi hadisənin nə qədər qanlı, zorakı və qeyri-insani olduğu barədə artıq 32 ildir ki, söhbət açırıq.
Həmin faciənin ibrətlərindən ən başlıcası bu oldu ki, xalqımız ən ağır məqamda tək qalmadığını, onu ağ günə çıxaracaq, mübarizənin önündə gedəcək liderinin olduğunu müəyyənləşdirdi. Məlum olduğu kimi, Ümummilli Liderimiz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş, 20 Yanvar faciəsinə özünün kəskin etirazını bildirmişdi. Ulu Öndərimiz o vaxt Mixail Qorbaçov başda olmaqla, Kreml rəhbərliyini ciddi şəkildə tənqid etmiş, xalqımızın azadlıq mübarizəsinə dəstək vermişdi.
O faciəli günlərin tarixi təcrübəsi sübut edir ki, düşmənlərin müstəqilliyimizə qarşı yönəlmiş fitnə və hücumlarının qarşısını almaq üçün, hüquqi, demokratik dövlət qurmaq üçün ölkədə sabitliyi təmin etmək, xalqı sıx birləşdirmək, vətəndaşları ümummilli ideya ilə bir araya gətirmək çox vacibdir. Bu missiyanı Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev zərgər dəqiqliyi ilə həyata keçirmiş, dövlət müstəqilliyimizi ikinci dəfə məhv etmək istəyənlərin arzusunu gözündə qoymuşdur.
İnamla demək olar ki, 2003-cü ilin payızından bu günədək ölkə Prezidenti İlham Əliyev həmin siyasəti bədxahlarımızı mat qoyacaq şəkildə uğurla davam etdirir. Bunu erməni faşizmi üzərində son qələbəmiz bir daha sübut etdi. Dövlət başçımızın 44 gün ərzində dünyanın aparıcı media nümayəndələrinə verdiyi 30-a yaxın müsahibə bir daha informasiyanın bu gün üçün nə qədər aktual olduğunu göstərdi.
20 Yanvar hadisələrinin xalqımız üçün ictimai-siyasi əhəmiyyəti o qədər böyükdür ki, hələ uzun illər bu haqda yenə söhbət açılacaq. Çünki 20 Yanvar xalqımızın təkcə ümumi kədəri, hüznü deyil, həm də çağdaş müstəqilliyimizin bünövrəsi qoyulan müqəddəs günüdür.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter