1 yanvar tarixindən yeni qadağa
- 28.12.2021, 11:01, Baxış sayı:
- 316
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2019 tarixli 73 saylı qərarına əsasən 2022-ci il yanvarın 1-dək Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblərin 2.1. bəndində yəni avtobusların texniki göstəricilərinə dair tələblərdə avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir. Gələn ilin yanvar ayının 1-dən artıq avtobuslar yalnız sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə işlədikdə Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımaları həyata keçirə bilər. Amma təəssüf olsun ki, bununla bağlı qərar olsa da, cüzvi işlər görülüb. Bu baxımdan da NK qərarı olsa da onun icrası yalnız sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar Bakı şəhərinə gətirildikdən sonra baş verəcək.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev onu da bildib ki, köhnə avtobuslar, sıxlımış qaz və elektriklə işləyənlər gətirilənə qədər xətlərdən çıxarılmayacaq.
Rauf QARAYEV