• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ

  • 22.01.2021, 14:02, Baxış sayı:
  • 460
Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ
Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən Bakının bir çox küçələrində avtobuslar üçün xüsusi zolaqlar çəkilir.
Minik və ya yük avtomobillərinin sürücüləri bu zolağa daxil olarsa, hansı cəzalarla üzləşə bilərlər.
“Muganinsesi.az” KONKRET.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev açıqlamasında dedi ki, zolaqlar üzrə müvafiq yol nişanı qoyulduqdan sonra artıq onun tələbi qüvvəyə minmiş hesab olunur və belə sürücülərə cərimə yazılacaq:
“Bu baxımdan həmin avtomobillərin sürücüləri diqqətli olmalıdır, çünki bu zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır”.
Qurum rəsmisi zolaqdan yalnız operativ nəqliyyat vasitələrinin istifadəsinə icazə verildiyini bildirib:
“Digər nəqliyyat vasitələrinin zolaq boyunca hərəkəti inzibati məsuliyyət yaradır və 40 manat cərimə sanksiyası tətbiq olunur”.
Minik və ya yük avtomobillərinin sürücüləri bu zolağa daxil olarsa, hansı cəzalarla üzləşə bilərlər.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter