Hava kəskin dəyişir: 5 noyabradək... - XƏBƏRDARLIQ
- 03.11.2021, 14:39, Baxış sayı:
- 250
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.
Xidmətdən Publika.az-a bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 3-ü gündüzdən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimal olunur.