Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- 05.09.2021, 14:54, Baxış sayı:
- 353
Facebook
Вконтакте
Одноклассники
Google+
Hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 06-sı axşamdan 08-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 07-si axşam, 08-i gecə yarımadanın bəzi yerlərində arabir 27 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 06-sı axşamdan 08-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə güclü olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur. Qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.