• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Regional miqrasiya idarəsi Sabirabadda onlayn tədbir keçirib

  • 02.11.2021, 22:28, Baxış sayı:
  • 333
Regional miqrasiya idarəsi Sabirabadda onlayn tədbir keçirib
Dövlət Miqrasiya Xidmətinin (DMX) Şirvan regional miqrasiya idarəsi “Pandemiya dövründə Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması və qanunsuz miqrasiyaya qarşı mübarizə” mövzusunda Sabirabad rayonunda onlayn maarifləndirmə tədbiri keçirib.
DMX-dən bildiriblər ki, rayon ictimaiyyət və kənd icra nümayəndələrinin qatıldığı görüşdə pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, MİGAZ mobil tətbiqi, Xidmət tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib.
Məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi məsələləri müzakirə olunub.
Həmçinin qanunsuz miqrasiya və onun mahiyyəti, doğurduğu təhlükələr, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən müdafiə tədbirlərindən bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter